AZ

Bəyanatlardan qərarlara - Brüssel-Bakı xəttindəki böhranın səbəbləri

 

Bu gün Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə, Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Mövzu ilə bağl  Musavat.com-a verdiyi şərhdə qeyd edib ki, Avropa Parlamentinin (AP) Azərbaycana münasibətdə Avropa İttifaqının mühüm təsisatlarından fərqli olaraq, davamlı və məqsədyönlü olaraq, qərəzli və riyakar yanaşma tərzi, AP-də təmsil olunan bəzi deputatlar və qruplar tərəfindən ölkəmizə qarşı həyata keçirilən və ardı-arası kəsilməyən qarayaxma kampaniyaları artıq kimsədə təəccüb doğurmur:

elcin.jpg

“Sanki belə də olmalıdır və Avropa İttifaqına üzv olan ölkələrdən daha çox ayrı-ayrı dairələrin, o cümlədən erməni diasporu və lobbisinin maraqlarını, korporativ mənafelərini qorumaqla məşğul olan bu deputatların missiyaları Azərbaycana, eləcə də öz suveren hüquqlarının keşiyində dayanan, müstəqil siyasət yürüdən digər ölkələrə böhtan atmaqdan ibarətdir.

Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində AP-nin lobbi qruplarının məqsədi Azərbaycanı təslimçi sülhə sövq etməkdən, işğal faktı ilə barışmağa məcbur etməkdən ibarət olub. Məhz bu baxımdan, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, beynəlxalq humanitar hüququn tələblərinə tam riayət etməklə, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini reallığını qəbul edə bilməyiblər, nəyin bahasına olursa-olsun Cənubi Qafqazda, onları himayə edən qrup və şəxslərin istək və arzularından, müdaxilə imkanlarından kənarda inkişaf edən sülh prosesinə maneə yaratmağa çalışıblar. Ötən zaman kəsiyində təmsilçiləri bacardıqları qədər İttifaqın tərəfdaşları ilə münasibətlərini zədələməyə, təmsil etdikləri korporativ maraqlara görə, Aİ-nin, bir çox halda həyati əhəmiyyət daşıyan mənafelərinə zərbə vurmağa çalışıblar. Sərgilədikləri davranışlar isə əksər hallarda Avropa İttifaqının elan etdiyi prinsiplərlə ziddiyyət təşkil edib”.

E.Mirzəbəyli hesab edir ki, yaranmış vəziyyəti Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş prokuroru, siyasi korrupsioner və dələduz Luis Okamponun özü kimi yetişdirdiyi oğlu Tomasa tövsiyyələrində yer alan etirafların təsdiqi kimi də qiymətləndirilə bilər:

“Belə anlaşılır ki, Avropa Parlamentinin bəzi üzvlərini Luis Okampo kimi dələduzlar, fırıldaqçılar və onların Borell kimi əlaltıları idarə edir. Cənubi Qafqazda sülh prosesinə zərbə vurmağa çalışan şəbəkənin hazırda region istiqamətində fəallıq nümayiş etdirmələrinin səbəblərindən biri də Birləşmiş Ştatların Yaxın Şərqdəki qarşıdurmada iştirakıdır. Avropa Parlamentindəki ayrı-ayrı ölkə və qrupların təsir agentləri mövcud şəraitdən faydalanmağa, Vaşinqtonda paraflanmış sazişdən və imzalanan bəyanatdan qaynaqlanan prosesə zərbə vurmağa və bunu Brüssellə Vaşinqton arasında yaranmış ziddiyyətlərin tərkib hissəsi kimi həyata keçirdikləri görüntüsü ilə təqdim etməyə çalışırlar. AP-də qəbul edilən “kağız parçası”nın ortaya çıxmasının əsas səbəblərindən biri də son dövrlərdə Avropa İttifaqına üzv olan və Azərbaycanın əhəmiyyətini çox yaxşı anlayan ölkələrin liderlərinin Azərbaycana davamlı səfərləri, Avropa İttifaqı-Azərbaycan-Mərkəzi Asiya xəttində rəsmi Bakının önəmini vurğulayan məqamların getdikcə daha ön plana çıxmasıdır. Məlumdur ki, vaxtilə təzyiq dili ilə maraqlarını təmin etməyə çalışan, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində rüsvayçı uğursuzluğa düçar olanları Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində daha realist siyasət yürüdən liderlərinin əldə etdikləri nəticələr qane etmir və Avropa İttifaqı çərçivəsində yerlə bir olmuş nüfuzlarını bərpa etmək üçün ən müxtəlif təxribatlara əl atmaq istəyirlər”.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi daha intensiv şəkildə irəliləyir və yaranmış vəziyyət uzun illər boyu Cənubi Qafqazdakı münaqişə vəziyyətindən öz maraqları üçün faydalanan dələduzlar qazanc yerindən məhrum olurlar:

“Bu baxımdan, Azərbaycan Respublikası Milli Məclisinin qərar AP-nin bitmək bilməyən, reallıqların və beynəlxalq hüququn təhrif olunmasına xidmət edən davranışlarına münasibətdə kifayət qədər tutarlı cavabdır. Qeyd edim ki, Milli Məclisin qərarına əsasən Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır və bu xüsusda Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına da son qoyulur. Milli Məclisin qərarında eyni zamanda qeyd olunur ki, Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın. Şübhəsiz ki, bu qərarlar, Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına aid deyil. Qərarda istiqamətlər aydın şəkildə göstərilib”.

Nigar Həsənli
Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr