AZ

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

Yanvar-mart aylarında 494,6 milyon dollar həcmində yerli işçi qüvvəsi və materiallara vəsait yönəldilib. Bu fakt BP-nin Azərbaycan–Gürcüstan–Türkiyə (AGT) regionu üzrə fəaliyyətinə dair hesabatında yer alan məlumata görə, bu ilin yanvar-mart aylarında şirkətin yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr çərçivəsində yerli işçi qüvvəsinə və materiallara çəkilmiş bilavasitə xərcləri 494,6 milyon dollar təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir. Xərclər 253 subpodratçı müəssisəni əhatə edib. Hesabatda qeyd olunur ki, dövr ərzində BP yerli tərəfdaş olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 205 milyon dollar xərcləyib.

Eyni zamanda xarici podratçıların ölkə daxilindəki fəaliyyəti üzrə (55 şirkət üzrə) xərclər 134,5 milyon dollar təşkil edib. Kiçik və orta müəssisələrdə xərclər 169 şirkət üzrə 135,7 milyon dollar, dövlət şirkətləri üzrə isə 15 müəssisə çərçivəsində 19,6 milyon dollar olub.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr