AZ

TikTok dietoloqlarının 5 manatlıq tələsi AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında müxtəlif dietoloqların və ya özünü bu sahədə mütəxəssis kimi təqdim edən şəxslərin 5-7 manatlıq “hazır diet menyuları” satması geniş yayılıb. Aşağı qiymət və “tez arıqlama”, “zəmanətli nəticə” kimi vədlər bir çox insanın diqqətini çəkir və bu xidmətlərin nə dərəcədə effektiv olduğu sual doğurur.Bu barədə dietoloq Dürrə İsmayılova Demokrat.az-a açıqlamasında deyib ki, bu yanaşma düzgün deyil:“Müxtəlif yaş qruplarına eyni qidalanma minimumunun tətbiq olunması ciddi səhvdir. 20-25 yaşlı insanlarla 50-55 yaş aralığında olan şəxslərin orqanizmi, maddələr mübadiləsi və həyat tərzi tamamilə fərqlidir. Bu səbəbdən onların qidalanma rejimi də fərdi şəkildə tənzimlənməlidir. Mən özüm də dietologiya üzrə təhsil almışam və uzun illər bu sahədə fəaliyyət göstərmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, xüsusilə orta və yuxarı yaş qrupuna daxil olan insanların qidalanmasında kəskin dəyişikliklər etmək doğru deyil. Bu insanlar uzun illər müəyyən qidalanma vərdişləri ilə formalaşıblar və birdən-birə karbohidratların çörək, şirniyyat və digər məhsulların tam şəkildə kəsilməsi orqanizm üçün ciddi stress yaradır. Doğrudur, karbohidratların azaldılması müəyyən hallarda çəki itkisinə səbəb olur. Lakin bu prosesin düzgün və mərhələli şəkildə aparılması vacibdir. Əks halda, sürətli və nəzarətsiz arıqlama sağlamlıq üçün riskli ola bilər”. O qeyd edib ki, yaşlı insanlarda qidalanmanın kəskin şəkildə dəyişdirilməsi, xüsusilə də karbohidratların birdəfəlik rasiondan çıxarılması qəbuledilməzdir:“Bu vəziyyəti siqaretin tərgidilməsi ilə müqayisə etmək olar. Necə ki, həkimlər uzun müddət siqaret çəkən insanlara onu birdən-birə yox, mərhələli şəkildə azaltmağı tövsiyə edirlər, qidalanmada da eyni prinsip tətbiq olunmalıdır. Ümumiyyətlə, sağlam qidalanma balans üzərində qurulmalıdır. İnsan orqanizmi bütün qida qruplarına müəyyən miqdarda ehtiyac duyur. Əsas məsələ düzgün seçim etmək, qidalanmanı fərdiləşdirmək və yaş amilini nəzərə almaqdır. Şəxsi təcrübəmi də qeyd etmək istərdim ki, bir vaxtlar çəkim 105 kiloqram olub, lakin son 6 ildə 76 kiloqramda sabit qalmışam. Yaşımla bağlı olaraq daha çox arıqlamağı məqsədəuyğun hesab etmirəm. Hazırda 58 yaşım var və bu çəki mənim üçün optimal sayılır. Qidalanma məsələsində vahid yanaşma yox, fərdi və balanslı yanaşma əsas götürülməlidir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr