AZ

Mourinyo and-aman etdi: “Real”dan heç kim…

“Benfika”nın baş məşqçisi Joze Mourinyo mətbuat konfransında jurnalistlərin “Real Madrid”ə mümkün təyinatı ilə bağlı sualını cavablandırıb.

Daha əvvəl 63 yaşlı portuqaliyalı mütəxəssisin Madrid klubunda bu vəzifəyə əsas namizəd olduğu və “Real Madrid” in prezidenti Florentino Peresin artıq danışıqlar prosesinə başladığı bildirilmişdi.

Publika.az xəbər verir ki, “Madrid Universal” Mourinyonun sözlərini sitat gətirib:

“Real Madrid”dən heç kim mənimlə danışmayıb. Buna zəmanət verə bilərəm. Və “Benfika” ilə müqaviləmin bitməsinə hələ bir il qalıb”.

Seçilən
20
publika.az

1Mənbələr