ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları rayon ərazisində birgə təbliğat işlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, bu dəfə DYP əməkdaşları tərəfindən Sabunçu rayonu Bilgəh, Nardaran və Maştaga qəsəbələrində yerləşən məktəblərə bitişik yol və küçələrdə, piyada keçidlərində maarifləndirici tədbir keçirilib. Uşaqlarla söhbətlər aparılıb, piyada keçidlərindən istifadənin əhəmiyyəti və vacibliyi vurğulanıb. İçtimai nəqliyyatdan, velosiped zolaqlarından istifadə qaydaları, zəruri nişanlar, qayda pozuntuları, onların səbəb ola biləcəyi qorxunc nəticələrdən qorunmaq üçün qanunlara və qaydala ciddi yanaşmaları barədə tövsiyələr verilib. Piyadalara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə olunub.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Könül
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.