AZ

Flik “Barselona” ilə bağlı qərarını verdi

“Barselona” Hansi Flik ilə yeni müqavilə imzalamağa hazırlaşır. Metbuat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, alman mütəxəssis Kataloniya klubu ilə 2+1 illik yeni müqavilə üzrə razılığa çox yaxındır. Tərəflər arasında yalnız bəzi detalların dəqiqləşdirilməsi qalıb. Klub rəhbərliyi Flickin komanda üzərində qurduğu sistemi və nəticələri yüksək qiymətləndirir. Məhz bu səbəbdən rəhbərlik onunla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Müqaviləyə əsasən, Flik ilk mərhələdə iki il “Barselona”nın baş məşqçisi olacaq. Əlavə bir illik opsiyanın isə tərəflərin razılığı ilə qüvvəyə minəcəyi gözlənilir. Bildirilir ki, yeni müqavilə şərtlərində məşqçinin transfer siyasətində daha çox söz sahibi olması da nəzərdə tutulur. Klubun yay transfer planlarının məhz Flikin istəklərinə uyğun formalaşdırılacağı qeyd olunur.

Seçilən
17
metbuat.az

1Mənbələr