AZ

İngiltərə təmsilçisindən iddialı transfer planı: Siyahıda 4 ulduz var

İngiltərə Premyer Liqasında daha üst pillələr üçün mübarizə aparmaq istəyən "Everton" yay transfer pəncərəsi üçün iddialı hədəflər müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "TheiPaperSport" nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi heyəti gücləndirmək məqsədilə 4 ingiltərəli futbolçunu transfer siyahısına daxil edib.

Siyahıda "Mançester Siti"dən Con Stounz və Cek Qriiliş, "Arsenal"dan Ben Vayt, həmçinin "Çelsi"dən Liam Delap yer alıb. Klub bu futbolçuları transfer edərək gələn mövsüm üçün daha rəqabətqabiliyyətli heyət qurmağı planlaşdırır.

Mersisayd təmsilçisinin bu iddialı addımı azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Seçilən
2
1
fanat.az

2Mənbələr