Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Vaşinqton, 1 may, AZƏRTAC
“Hazırda İranın təklif etdiklərindən məmnun deyiləm”.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, indicə İran tərəfi ilə söhbət edib və vəziyyətdən məmnun deyil.
“Onlar düzgün razılaşma əldə etməlidirlər. Onlar razılaşmaq istəyirlər, amma mən bununla kifayətlənmirəm, ona görə də nə olacağını görəcəyik”, - deyə Tramp əlavə edib.
O deyib ki, hazırda danışıqlar baxımından hər şey telefonla edilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.