AZ

Vitamin deposu sayılan meyvə hansıdır?

Bütün vitaminləri tam şəkildə bir meyvədə toplamaq mümkün olmasa da, ən zəngin seçimlərdən biri avokado hesab olunur.Metbuat.az xəbər verir ki, mütəxəssislərə görə, avokado həm vitamin, həm də faydalı yağlar baxımından ən balanslı meyvələrdəndir. Onun tərkibində A, C, E, K vitaminləri ilə yanaşı, B qrup vitaminləri də mövcuddur. Bu isə orqanizmin ümumi fəaliyyətinə kompleks şəkildə müsbət təsir göstərir. Avokado xüsusilə ürək sağlamlığı üçün faydalıdır. Tərkibində olan sağlam yağlar xolesterinin tənzimlənməsinə kömək edir. Bundan əlavə, bu meyvə uzun müddət toxluq hissi yaratdığı üçün arıqlamaq istəyənlər üçün də uyğun sayılır.Araşdırmalara əsasən, avokado həm də beyin funksiyalarını dəstəkləyir və dəriyə müsbət təsir göstərir. Həkimlər bildirir ki, bu meyvə “vitamin deposu” kimi tanınsa da, yenə də müxtəlif qidalarla birlikdə qəbul olunmalıdır.

Sonda vurğulanır ki, sağlam qidalanmanın əsas şərti balans və müxtəliflikdir.

Seçilən
21
metbuat.az

1Mənbələr