AZ

​Fikrindən dönməyən 5 bürc

Bəzi bürclər var ki, onların fikrini dəyişmək demək olar mümkün deyil. Nə qədər arqument gətirilsə də, öz bildiklərindən asanlıqla dönmürlər. Bu xüsusiyyət onları həm güclü, həm də çətin xarakterli göstərir. Astrologiyada bu bürclər “ən tərs” və “ən inadkar” qrup kimi tanınır. Metbuat.az fikrindən dönməyən 5 bürcü təqdim edir: BuğaBuğa bürcü dəyişiklikləri sevmir və qərarlarında son dərəcə sabitdir. Bir mövzuya “hə” deyibsə, onu “yox”a çevirmək çox çətindir. Onlar üçün təhlükəsizlik və rahatlıq hər şeydən önəmlidir. Ona görə də inadkarlıq Buğanın əsas xarakter xüsusiyyətlərindən biridir. ƏqrəbƏqrəblər emosional olaraq güclü və qərarlı insanlardır. Bir mövzuda fikir formalaşdırdıqda, onu dəyişmək üçün ciddi səbəb lazımdır. Onlar adətən hisslərinə güvənir və asan təsir altına düşmürlər. Bu da onları tərs və prinsipial göstərir. ŞirŞirlər öz fikirlərinə güvənən və lider xarakterli insanlardır. Onlar çox vaxt doğru bildiklərindən geri çəkilməyi sevmirlər. Tənqidə açıq olsalar da, son qərarı özləri vermək istəyirlər. Bu səbəbdən bəzən inadkar görünürlər. Bu bürc altında doğunaları “tərs” adlandırmaq olar. OğlaqOğlaqlar planlı və prinsipial davranmağı üstün tuturlar. Bir məqsəd qoydularsa, ondan asanlıqla vaz keçməzlər. Onlar üçün məntiq və nəticə hər şeydən önəmlidir. Bu da onları fikrində sabit və tərs bürclərdən birinə çevirir. Onları qərarından daşındırmaq müşkül işdir. Dolça

Dolçalar öz dünyası və düşüncə tərzi ilə seçilir. Onlar başqalarının fikrindən çox öz məntiqinə güvənirlər. Fərqli düşünmələri bəzən inadkarlıq kimi qəbul edilir. Amma əslində onlar sadəcə öz doğrularına sadiq qalırlar.

Seçilən
6
metbuat.az

1Mənbələr