AZ

"Fitch"dən ABŞ-la bağlı xəbərdarlıq: ÜDM sabitləşəcək, dövlət borcu 122 faizə çatacaq

Beynəlxalq reytinq agentliyi "Fitch" ABŞ-ın İranla müharibə, idxal tarifləri və dövlət idarəçiliyindəki problemlər səbəbilə iqtisadiyyatda qeyri-müəyyənlik riskləri ilə üzləşdiyini açıqlayıb. Buna baxmayaraq, agentlik ölkənin uzunmüddətli kredit reytinqini AA+ səviyyəsində saxlayıb.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, analitiklərin proqnozlarına görə, ABŞ büdcə kəsiri ÜDM-in 7,9%-i səviyyəsində sabitləşəcək, dövlət borcu isə artmaqda davam edərək 2027-ci ilin sonuna qədər 122%-ə çatacaq.

"Politico"nun məlumatına görə, Pentaqonun audit üzrə icraçı rəhbəri Cey Herst ABŞ-ın İranda keçirilən hərbi əməliyyata artıq 25 milyard dollar xərclədiyini bildirib. Senatdakı çoxluğun lideri Con Tun isə ölkənin əməliyyata gündəlik 900 milyon dollar xərclədiyini qeyd edib.

2023-cü ildə "Fitch" ABŞ-nin defolt reytinqini (AAA — ən aşağı risk səviyyəsi) AA+ səviyyəsinə endirmişdi. Agentlik bu qərarı maliyyə göstəricilərinin pisləşməsi və borc yükünün artması ilə izah etmişdi. O vaxt ABŞ-nin sabiq prezidenti Co Bayden administrasiyası bu qərarı “subyektiv” adlandırmışdı.

Seçilən
1
3
olke.az

4Mənbələr