AZ

SEPAH: Körfəzdə idarəetmə ilə bağlı yeni qaydalar müəyyən ediləcək

Bakı, 1 may, AZƏRTAC

İranın Ali Rəhbəri Müctəba Xamenei Körfəzdə idarəetmə ilə bağlı yeni qaydalar müəyyən edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Komandanlığı məlumat yayıb.

“Tasnim” xəbər agentliyinin məlumatına görə, “Ali Rəhbərin rəhbərliyi altında Körfəzin idarə olunması üçün yeni qaydalar və şərtlər müəyyən ediləcək və tətbiq olunacaq”.

Komandanlıq bildirib ki, Hərbi Dəniz Qüvvələri İranın sahil xəttinin təxminən 2 min kilometrini və Hörmüz boğazını nəzarətdə saxlayacaq. Qeyd olunub ki, bu su yolu İran xalqı üçün “dolanışıq mənbəyinə”, eyni zamanda “bölgə üçün təhlükəsizlik və rifah mənbəyinə” çevriləcək.

Seçilən
11
8
azertag.az

10Mənbələr