AZ

Müharibə dövründə batan gəmi 100 il sonra tapıldı

Britaniyalı dalğıclar komandası Birinci Dünya Müharibəsi zamanı Alman sualtı qayığı tərəfindən batırılan ABŞ-yə məxsus “USCGC Tampa” gəmisinin qalıqlarını tapıb.

KONKRET.az xəbər verir ki, Kornuoll sahillərindən təxminən 80 kilometr aralıda, 91 metr dərinlikdə tapılan gəmi 131 heyət üzvü ilə birlikdə batıb. Sahil Mühafizəsi tarixçiləri gəminin avar təkərləri, zəngləri və silah sistemləri kimi göyərtə avadanlıqlarının arxiv görüntülərindən istifadə edərək qalıqların “Tampa” olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, 1918-ci ildə yanacağı tükənən “Tampa” karvanından ayrılıb Uelsdəki limana doğru yola düşüb. Lakin gəmini Almaniyanın “UB-41” sualtı qayığı görüb və ona tək torpedo ataraq sıradan çıxarıb.

Seçilən
1
2
konkret.az

3Mənbələr