AZ

Trampın oğulları Qazaxıstanda volfram mədən şirkətində pay alıblar

ABŞ prezidenti Donald Trampın oğulları Erik Tramp və Donald Tramp Qazaxıstanda volfram yataqlarının işlənməsi ilə məşğul olan bir şirkətin ortaq sahibləri olublar.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat verib.

Bildirilir ki, 2025-ci ilin avqust ayında Tramp qardaşları Skyline Builders tikinti qrupunda pay alıblar. Onların investisiyalarının həcmi açıqlanmayıb.

Həmin ilin sentyabr ayında Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev prezizdent Donald Trampa böyük bir volfram mədən layihəsini Amerika investisiya qrupu “Cove Kaz Capital”-a ötürmək planları barədə məlumat verib. “Cove Kaz” ABŞ hökuməti tərəfindən dəstəklənən mədən şirkətidir.

Mənbələr FT-yə bildiriblər ki, oktyabr ayında Tramp oğulları “Skyline”-dakı paylarını artırıblar və daha sonra “Cove Kaz”-ı da idarə edən “Cove Capital” investisiya qrupunun törəmə şirkəti olan “Kaz Resources”-də 20% pay əldə ediblər.

Noyabr ayında “Cove Capital” və Qazaxıstan milli mədən şirkəti "dünyanın ən böyük işlənməmiş volfram yataqlarından birini" inkişaf etdirmək üçün müqavilə elan ediblər.

30 apreldə “Cove Kaz Capital” və “Kaz Resources Skyline” ilə birləşmək barədə razılığa gəliblər. FT-nin məlumatına görə, yeni şirkət öz səhmlərini Nasdaq-da Kaz Resources brendi altında satışa çıxarmağı planlaşdırır. Birləşməni elan edən mətbuat açıqlamasında Trampın qardaşlarından heç biri qeyd edilməyib.

FT yazır: "Donald Tramp (oğul) və Erik Trampın “Cove”-un ilk dəfə “Skyline”-a investisiya qoyarkən atalarının administrasiyasından müqavilə alacağını bildikləri və ya müqavilənin bağlanmasına təsir etdikləri barədə heç bir fikir yoxdur".

Trampın sözçüsü FT-yə bildirib ki, o, passiv investordur və investisiya qoyduğu şirkətlər adından əməliyyat fəaliyyətlərində iştirak etmir və ya federal hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmur. Erik Tramp və Ağ Ev şərh istəyinə cavab verməyib.

Nəşrin qeyd etdiyi kimi, ötən il ABŞ İxrac-İdxal Bankı və İnkişaf Maliyyə Korporasiyası (DFC) Qazaxıstanda volfram mədən layihələrini dəstəkləmək üçün 1,6 milyard dollara qədər vəsait təsdiqləyib. “Cove Kaz Capital” bu layihələrdə nəzarət payını (70%) alıb.

Keçən il Tramp ailəsi müxtəlif kriptovalyuta layihələrindən vergi öncəsi 1 milyard dollardan çox mənfəət əldə edib və ABŞ hökumətindən gəlirli müqavilələr almış süni intellekt, dronlar və kritik minerallara yönəlmiş şirkətlərə investisiya qoymağa davam edir. FT qeyd edir ki, Demokrat Partiyasının rəsmiləri dəfələrlə Tramp ailəsinin investisiyaları ilə əlaqəli potensial maraq toqquşmalarını vurğulayıblar.

Musavat.com

Seçilən
2
12
musavat.com

10Mənbələr