AZ

İranda daxili parçalanma: Əraqçını kimlər aradan götürmək istəyir? VİDEO

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir.

Bir tərəfdən İranın daxilində siyasi qarşıdurma dərinləşir, digər tərəfdən Vaşinqton İranla bağlı hərbi və diplomatik ssenariləri paralel şəkildə masaya qoyur.

Ölkə.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

İlk diqqətçəkən məqam İran hakimiyyətinin yuxarı eşelonunda yaşanan qarşıdurmadır.

Məlumata görə, Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibaf xarici işlər naziri Abbas Əraqçının vəzifədən uzaqlaşdırılmasını istəyirlər. Səbəb isə onun ABŞ ilə aparılan danışıqlarda siyasi rəhbərlikdən daha çox SEPAH komandanlığı ilə koordinasiyalı hərəkət etməsidir.

Bu isə İran daxilindən gələn çox mühüm siyasi siqnaldır. Məsələ təkcə bir nazirin taleyi deyil, burada əsas məsələ mülki hakimiyyətlə təhlükəsizlik strukturları arasında nüfuz savaşıdır.

Onda belə bir sual yaranır. İranın xarici siyasət kursunu kim müəyyən edir, seçilmiş siyasi rəhbərlik, yoxsa SEPAH?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
olke.az

2Mənbələr