AZ

Aİ ABŞ-nin avtomobillərə tarif tətbiqi planlarını qəbuledilməz adlandırıb

Bakı, 2 may, AZƏRTAC

ABŞ-nin Avropa İttifaqı (Aİ) avtomobillərinə 25 faiz tarif tətbiq etmək planları qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange X sosial media hesabında paylaşım edib. O yazıb: “Donald Trampın Aİ avtomobillərinə 25 faiz tarif tətbiq etmək planı qəbuledilməzdir. Aİ öz öhdəliklərini yerinə yetirdiyi halda, Amerika tərəfi onları pozmağa davam edir”.

Mayın 1-də ABŞ Prezidenti Donald Tramp gələn həftə Aİ-dən idxal olunan minik və yük avtomobillərinə tətbiq edilən tariflərin 25 faizə qədər artırılacağını elan edib.

Seçilən
56
1
azertag.az

2Mənbələr