AZ

Premyer Liqaya dönmək istəyən komandadan 6 cavabsız qol - VİDEO

I Liqada XXIV turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki. "Səbail" doğma meydanda "Cəbrayıl"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 46-ya yüksəldən "Səbail" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 24 xalı olan "Cəbrayıl" isə 8-ci yerdədir.

"Səbail" - "Cəbrayıl" 6:0
Qollar:
A.Almeyda, 12, F.Məmmədli, 25. R.Həsənov, 32 (avtoqol), R.Voronsov, 84, Q.Səfərov, 87, R.Hüseynov, 89

Seçilən
1
2
sportinfo.az

3Mənbələr