AZ

Bu dəfə Belarusu udduq

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, komanda yenə Belarusilə qarşılaşıb.

Su İdmanı Sarayında təşkil olunan görüş millimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

Seçilən
50
sportinfo.az

1Mənbələr