AZ

Köçdən 15 ci dəfə qayıdan Yaren leylək ata olub

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Bursa vilayətində yaşayan 70 yaşlı balıqçı Adem Yılmaz ilə dostluğu hətta film mövzusu olan və hər il köçə gedib geri qayıdan Yaren leylək bu il 15-ci dəfə Eskikaraağaç kəndinə gəlib və ata olub.

Vəhşi təbiət fotoqrafı Alper Tüydeş

Sherg.az xəbər verir ki, köçdən bu il 15-ci dəfə qayıdan Yarenin ilk balası yumurtadan çıxıb. Vəhşi təbiət fotoqrafı Alper Tüydeş sosial media hesabında paylaşım edərək qeyd edib ki, valideynlər dərhal bala ilə maraqlanmağa başlayıblar. O, görüntü bucağı səbəbindən tam dəqiq görünməsə də, bu il yuvada təxminən 3 və ya 4 bala olacağını ehtimal etdiyini bildirib.

Türkiyəni Avropa Leylək Kəndləri Birliyində təmsil edən yeganə kənd olan Eskikaraağaçda Adem Yılmaz ilə Yaren leyləyin dostluğu milyonlarla insan tərəfindən maraqla izlənilən hekayəyə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
sherg.az

1Mənbələr