Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Mayın 2-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.