AZ

Biləsuvarın bəzi əraziləri işıqsız qalıb

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Biləsuvarda təmir işləri ilə əlaqədar rayon mərkəzinin bəzi ərazilərində elektrik enerjisinin verlişində fasilə yaranıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılır.

Bununla əlaqədar şəhərin Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Qeyd edilib ki, elektrik enerjisinin verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
cebheinfo.az

10Mənbələr