AZ

"Bu, karyeramın “Everest dağı” oldu"

Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov karyerasının ən yaddaqalan məqamlarından danışıb.

Ölkə.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi La Skala opera teatrındakı ilk çıxışını karyerasının ən böyük sınağı adlandırıb.

"2017-ci ildən La Skala opera teatrında çıxış edirəm. İlk dəfə mövsüm açılışında çıxış etdim və mən bunu karyeramın ən böyük sınağı adlandırıram. Çünki Cordanonun “Andre Şenye” operası 27 ildir o səhnədə yox idi. Sonuncu dəfə onu Xose Karreras ifa etmişdi. İndi təsəvvür edin ki, dünya şöhrətli Karrerasdan sonra bu səhnədə ifa etmək nə deməkdir.

Premyeradan 2 ay qabaq məşq etməyə başladıq. Əlbəttə ki, italyan auditoriyası qəribə baxırdı ki, bu ifaçı haradan gəlib, bu səhnəyə layiqdirmi?

Yadımdadır ki, opera canlı yayımlanırdı, bütün dünya baxırdı. Tamaşa başlamışdı, geyinmişdim və məni səhnəyə çağırdılar. Kulisdə ağlıma belə bir fikir gəldi ki, indi səhnədə nə baş verəcəksə, bu, tarixdə qalacaq. Ya udacaqsan, ya da uduzacaqsan.

Opera ifaçıları çox gözəl bilirlər ki, mövsüm açılışında La Skalada çıxış etmək nə deməkdir. Həmin gün sanki bir yuxu yaşadım. Yadımda deyil ki, opera necə başladı və bitdi. Səhəri gün duranda qəzetlər italyanca məndən yazırdılar. Onları hələ də saxlamışam. Bu, mənim karyeramın “Everest dağı” oldu".

Seçilən
3
20
olke.az

10Mənbələr