BAKI, 2 may. TELEQRAF
Yaponiyanın "Taiyo Oil" Saxalindən neft alıb.
Teleqraf Rusiya mediasına istinadla bildirib ki, məqsəd Yaxın Şərqdən kənarda təchizat mənbələrinin şaxələndirilməsidir.
Rusiya neftini alan Yaponiyanın "Taiyo Oil" şirkəti "TASS"-a açıqlamasında Saxalin Blend xam neftinin sanksiyalara məruz qalmadığını bildirib.
Şirkət qeyd edib ki, əlavə alışlarla bağlı heç bir qərar qəbul edilməyib.