AZ

Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbi

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Asiya qitəsində milyardlarla insanın yemək yeyərkən çubuqlardan (chopsticks) istifadə etməsi sadəcə bir seçim deyil, dərin fəlsəfi, tarixi və sağlamlıq səbəblərinə söykənən bir mədəniyyətdir. Aparılan araşdırmalar bu qədim ənənənin pərdəarxası məqamlarını üzə çıxarıb.

Milli.Az xəbər verir ki, ilk baxışda sadə bir alət kimi görünsə də, çubuqların süfrəyə gəlişi həm sülh fəlsəfəsi, həm də praktiki ehtiyaclarla bağlıdır.

Konfutsi fəlsəfəsi: Süfrədə silaha yer yoxdur

Yemək çubuqlarının geniş yayılmasında məşhur filosof Konfutsiyin böyük rolu var. Onun təliminə görə, bıçaq şiddəti və müharibəni xatırladan bir silahdır.

Dinclik və tarazlığın olması gərəkən yemək masasında "silahın" (bıçağın) yeri yoxdur.

Bu fəlsəfə səbəbindən qidalar mətbəxdə kiçik tikələrə bölünür, masaya isə yalnız bu zərif çubuqlar gətirilir.

Mətbəx maşasından süfrəyə: 2400 illik tarix

Çubuqlar ilk dəfə yarandıqda yemək yemək üçün deyil, qaynar qazanlardakı qidaları çevirmək üçün bir növ mətbəx maşası kimi istifadə edilirdi. Şan sülaləsi dövründə isə bu alətin praktikliyi anlaşıldı və o, birbaşa süfrə mədəniyyətinə daxil oldu.

Ölkələrə görə çubuqların fərqi

Asiya mətbəxində hər ölkənin özünəməxsus çubuq forması və materialı var:

Yaponiya: Adətən bambukdan hazırlanmış, ucu iti və yüngül çubuqlardır. Balıq təmizləmək və sümükləri ayırmaq üçün idealdır.

Koreya: Dünyada metal çubuq istifadə edən tək mədəniyyətdir. Qədimdə kral ailələri yeməkdə zəhər olub-olmadığını yoxlamaq üçün gümüş çubuqlardan istifadə edərdilər (zəhər gümüşü qaraldırdı). Bu ənənə indi də şık metal çubuqlarla davam edir.

Çin: Daha uzun və ucu küt çubuqlardan istifadə olunur. Məqsəd böyük dövrə vuran masalarda uzaqdakı yeməklərə asanlıqla çatmaqdır.

Arıq qalmağın sirri: Təbii pəhriz

Qidalanma mütəxəssisləri müəyyən ediblər ki, çubuqla yemək yemək əslində bir sağlamlıq metodudur.

Çubuqlar tikələri kiçildir və yemə sürətini yavaşladır. Bu, beyinə "doydum" siqnalının çatması üçün vaxt qazandırır.

Daha az yeməyə və həzmi asanlaşdırmağa kömək edir. Uzaq Şərq insanlarının formada qalmasının bir sirri də budur.

Çubuq istifadəsinin qəti qaydaları var. Məsələn, Yaponiyada çubuqları düyü kasasına şaquli (dik) şəkildə sancmaq böyük hörmətsizlik sayılır. Çünki bu hərəkət yalnız cənazə mərasimlərində icra edilən bir ritualdır.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
news.milli.az

1Mənbələr