Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Məşhur amerikalı aktrisa Şeron Stoun ailəsinin tarixini paylaşaraq, həm keçmiş həyatının çətinliklərini, həm də köklərinin məhz kral ailəsindən gəldiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa həmkarı Dryu Barrimorun tok-şousunda verdiyi müsahibədə ailə hekayəsini danışıb.
“Mən kral nəslindənəm… Amma atam mirasdan pay almadı, ona görə də biz pulsuz böyüdük”, – deyə Stoun bildirib.
Stoun deyib ki, atası Cozef Stoun kral ailəsi ilə əlaqəli varlı bir nəsildən gəlməsinə baxmayaraq, köhnə ailə qaydalarına görə mirasdan faydalanmayıb və buna görə ailəsi yoxsulluq içində böyüyüb. Atası Pensilvaniyanın kənd yerlərində azmaaşlı işlərdə çalışmalı olub.
“Atam inanılmaz zənginlikdən gəlirdi. Şəcərə ağacına baxanda görünür ki, “Oil City”də ilk neft qazma işlərini də onların ailəsi görüb,” – deyə Stoun qeyd edib.
Stounun dediyinə görə, ailəyə faciələr də əlavə olunub: babası neft quyusu qazarkən baş verən partlayışda vəfat edib, nənəsi isə üç uşağı ilə tək qalıb. “Atamın anası pulu almadı, çünki o dövrdə qadınların hüquqları yox idi. Pul böyük əmisinin 18 yaşlı oğlu tərəfindən alındı”, – deyə aktrisa bildirib.
Stounun anası Doroti kasıb ailədən olub və zorakılığa məruz qaldığı üçün müxtəlif evlərdə qulluqçu, aşpaz və paltaryuyan kimi işlər görməli olub. Atası isə 17 yaşında evlənib və ailəsini qorumaq üçün əmlakı yenidən bərpa etməyə çalışıb.
Şeron Stoun karyerasına 30 yaşından sonra “Əsas instinkt” filmi ilə başlayaraq sürətlə yüksəlib və hazırda 67 yaşında Hollivudun aktyorluq əfsanələrindən biri hesab olunur.
Stounun açıqlamalarına görə, onun ata tərəfindən ailəsi Avropada Şarlman və Yuq kapet soyundan gəlir. Bu araşdırma “Finding Roots” proqramı tərəfindən təsdiqlənib. Aktrisa bu soyla bağlı məlumat aldıqda heyrətini gizlədə bilməyib.
Şeron Stoun həmçinin 2021-ci ildə çıxardığı “The Beauty of Living Twice” kitabında uşaqlıq travmalarını açıqlayıb.
Stounun sözlərinə görə, bütün bu çətinliklər onun güclü bir şəxsiyyət olaraq formalaşmasına səbəb olub və nə qədər çətin keçmiş olsa da, o, karyerasından heç vaxt əl çəkməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.