ain.az, sport24.az saytına istinadən bildirir.
"Sportinq" baş məşqçisi Rui Borgeslə yeni müqavilə imzalayıb. Sport24.az Portuqaliya klubunun rəsmi saytina istinadən xəbər verir ki, mütəxəssis 2028-ci ilə qədər Lissabon klubunun "sükanı arxasında" olacaq.
44 yaşlı çalışdırıcı 2024-cü ilin dekabrında bu posta təyin olunub. Borges ilk mövsümündə "Sportinq"i çempionluğa daşımaqla yanaşı, Portuqaliya Kubokunu da qazanıb.
Bu mövsüm Lissabon klubu Çempionlar Liqasının dörddəbirində "Arsenal"a (0:1, 0:0) uduzmaqla mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sportinq" hazırda Portuqaliya Liqasında üçüncü yerdədir və həmçinin Portuqaliya Kubokunun finalına yüksəlib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.