AZ

“Zirə”dən yaxşı nəticə gözləməyə dəyər” veteran futbolçu

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Zirə” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprdə “Omoniya” ilə qarşılaşacaq. Oyuna saat 21:00-da start veriləcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Saşa Yunisoğlu “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Kiprdə çətin olacaq. Ermənipərəst azarkeş amili “Zirə”yə təsir edə bilər. Vaxtilə “Neftçi”də oynayanda Kiprdə APOEL-lə qarşılaşmışdıq. Oradakı atmosferin şahidi olmuşam. Kipr səfəri asan deyil. Amma “Zirə” bu mövsüm yaxşı mənada hamını təəccübləndirib. Yeni transferlər də komandaya uyğunlaşıb və oyuna rəng qatırlar”.

Keçmiş müdafiəçi “Zirə”nin şansları haqda danışdı:

“Zirə”nin daha çox müdafiəyə diqqət ayırdığını görmüşdük, amma indi komanda hücumda daha aqressiv və yaxşı çıxış edir. “Zirə”dən yaxşı nəticə gözləməyə dəyər. Ancaq düşünürəm ki, cütün taleyi Bakıda həll olunacaq. İnanıram ki, “Zirə” duellərdən qalib ayrılacaq”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
futbolpress.az

1Mənbələr