AZ

ABŞ-a baqajda gizlənərək gəlmişdi, yeparxiya rəhbəri təyin edildi

Roma Papası XIV Leo əvvəllər ABŞ-yə qanunsuz daxil olmuş miqrantı Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasına rəhbər təyin edib.

Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, Evelio Menjivar-Ayala yeniyetməlik illərində Salvadordan ABŞ-yə bir neçə dəfə daxil olmağa cəhd edib, lakin hər dəfə saxlanılıb. Bildirilir ki, o, sonda avtomobilin baqajında gizlənərək ölkəyə qanunsuz daxil ola bilib.

Qeyd edilib ki, yeni təyinatından əvvəl o, ABŞ administrasiyasının immiqrasiya siyasətini tənqid edib və bu məsələləri insan hüquqları kontekstində qiymətləndirib.

Seçilən
26
3
publika.az

4Mənbələr