AZ

Xarici diplomatlar Şuşada inşa edilən məsciddə olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün səhər Şuşada inşa edilən məscidi (Yeni Şuşa) ziyarət ediblər.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyəti şəhərin sərvətinə çevrilməsi nəzərdə tutulan yeni obyektin inşasının gedişatı ilə tanış olub.

Qeyd edək ki, bu məscidin təməli 2021-ci ildə qoyulub.

Xatırladaq ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Seçilən
19
4
missiya.az

5Mənbələr