AZ

ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə 8,6 milyardlıq silah satışını təsdiqlədi


ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki Amerika müttəfiqlərinə 8,6 milyard dollardan çox dəyərində potensial silah satışını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məliumat Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş bəyanatda öz əksini tapıb.
Bəyanata görə, ABŞ İsrailə 992,4 milyon dollara APKWS (Advanced Precision Kill Weapon System) lazer istiqamətləndirmə dəstlərinin və əlaqəli avadanlıqlarla təchiz olunmuş 10 000 raketin satışını təsdiqləyib. Oxşar müqavilə Qətərlə də təsdiqlənib və Qətərə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ümumi dəyəri 4,01 milyard dollar olan raketlər satmaq səlahiyyəti verilib.
Dövlət Departamenti həmçinin Qətərə IBCS (Integrated Battle Command System) hava və raketdən müdafiə döyüş idarəetmə sistemlərinin və əlaqəli logistikanın satışı üçün 2,5 milyard dollarlıq müqaviləni təsdiqləyib.
Digər tərəfdən, BƏƏ-yə 1500 APKWS sisteminin satışı üçün 147,6 milyon dollarlıq müqavilə də təsdiqlənib.
Dövlət Departamentinin bəyanatında bildirilir ki, razılaşmalar ABŞ-ın milli maraqlarına uyğundur və regionda güc balansını dəyişdirməyəcək.
Seçilən
14
6
yeniavaz.com

9Mənbələr