AZ

Montella Türkiyənin mundialdakı şanslarını dəyərləndirdi

Türkiyə yığmasını 24 illik fasilədən sonra dünya çempionatına daşımaqla populyarlığını bir qədər də artıran Vinçentso Montella vətəni İtaliya mətbuatına yeni açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 51 yaşlı mütəxəssis Türkiyənin dünya çempionatında necə çıxış edəcəyi və başqa mövzular barədə danışıb:

''Kosovo ilə oyundan sonra qələbəni doyunca qeyd etdik. Böyük bir xalqa belə sevinc yaşatmağımız mənim üçün ən mühüm hədiyyə oldu. DÇ-də hara qədər irəliləyəcəyimizi təxmin etmək asan deyil. Bu, bir çox amillərdən asılıdı. Bu amillərdən biri də coğrafiyadı. Arizonanın Feniks şəhərində FİFA-nın seçdiyi bir bölgədə hazırlaşacağıq. Orda həmin günlərdə 42 dərəcə isti gözlənilir. Amma qrupda Kanadanın Vankuver şəhərində də oyunumuz olacaq. Orda isə hava çox sərindi. Araşdırmalara görə istidən soyuğa keçmək komanda üçün daha faydalı ola bilər. Amma ən həlledici amil futbolçuların həmin dönəmdəki fiziki durumu olacaq. Hakan Çalhanoğlu yenəzədə alıb. Onunla sonuncu dəfə danışanda İtaliya kubokunun finalı üçün sakit və ümidli görünürdü. Hər halda ən qısa müddətdə məşqlərə başlayacağına ümid edirəm. Hakan indiki dövrdə az tapılan səviyyəli oyun qurucularından biridi. Meydanda yoxluğu dərhal hiss edilən ulduzlardandı. Oynadıqda yanındakı futbolçu da özünü daha rahat hiss edir. Çünki bilir ki, çətin durumda olduqda topu Hakana vermək kifayətdi. Onun ''İnter''də qalıb-qalmayacağı mövzusuna qarışmaq istəmirəm. Bu, şəxsi seçimidi. Mənim üçün əsas odu ki, harda oynamağından asılı olmayaraq xoşbəxt olsun. Türkiyədə yeganə çətinliyim dillə bağlıdı. Mənim üçün çox çətin dildi. Amma başqa hər şey əladı. Zatən tez-tez ordakı evimə gedirəm. Millətlər Liqasında qrupdakı rəqiblərimizdən biri İtaliyadı. Fikrimcə, İtaliya yığması deyildiyi qədər zəif deyil. Düzdü, indi dünyanın ən güclü 4-5 komandası ilə rəqabət aparacaq gücdə də deyil. Amma ümumilikdə rəqabətcil komandadı. Fikrimcə, son iki mundiala yollanmamaq oyunçuların üzərində böyük təzyiq yaratdı. Onlar növbəti dəfə bunu bacara bilməməyin qorxusunu yaşadılar. A seriyasının səviyyəsi də 20-30 il öncə ilə müqayisədə geriləyib. Yayın gəlirlərində İngiltərə çox irəli gedib. Məncə, əsas fərq stadionlardadı. Modern stadion və dolu tribunalar sərmayəçilər üçün daha cəlbedici görünür. Ançelotti və Kannavaro ilə birlikdə DÇ-2026-da yer alan üç italiyalı məşqçidən biri olacam. Bu, mənim üçün qürurvericidi. Mən hər zaman xaricdəki italyanları dəstəkləmişəm. Amma İtaliyanın özünün mundialdan kənar qalması çox üzücüdü. Qvardiola İtaliyanın başına keçməyə razılıq verərmi? Niyə də olmasın? O qədər ağıllıdı ki, hər şeyin öhdəsindən gələ bilər''.
Seçilən
27
1
football-plus.az

2Mənbələr