AZ

1240 hərbçi, 73 artilleriya sistemi ... - Rusiyanın itkiləri artır

Rusiya qoşunları Ukraynaya qarşı müharibədə ciddi itkilər verməyə davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilir ki, Rusiya Ordusu bir gündə Ukraynadakı müharibədə 1240 hərbçi, 73 artilleriya sistemi, 4 zirehli texnika, 3 tank və digər texnika itirib.

Rusiyanın son döyüş itkiləri:

Şəxsi heyət - təxminən 1240;
Tanklar - 3;
Zirehli döyüş maşınları - 4;
Artilleriya sistemləri - 73;
MLRS - 6;
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 2305;
Avtomobil nəqliyyat vasitələri və tankerlər - 265;
Xüsusi texnika - 1.

Seçilən
34
ucnoqta.az

1Mənbələr