AZ

Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"

Azərbaycanda bir neçə ildir fəaliyyət göstərirəm və 2021-ci ilin əvvəlindən etibarən Qarabağa səfərlər etmişəm. Bu müddət ərzində bölgədə dağıntıdan bərpaya doğru gedən transformasiyanın şahidi oldum. Bu, həqiqətən də çox təsiredicidir.

Publika.az xəbər verir ki, bunu Braziliyanın Azərbaycan Respublikasındakı səfiri Manuel Monteneqro bildirib.

“Xocalı, Xankəndi və Şuşada gördüyümüz yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə həyata keçirilir. Lakin ən vacib məqam insan amilidir. Dünən universitet tələbələri ilə görüşdük və onların gözlərində gələcəyi gördük. Azərbaycanın gələcəyi etibarlı əllərdədir”, - deyə səfir əlavə edib. (Azərtac)

Seçilən
6
4
publika.az

5Mənbələr