AZ

ABŞ prezidentinin elçiləri Ukraynaya səfərini təxirə saldılar

ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Vitkoff və Cared Kuşner danışıqlarda heç bir irəliləyiş görmədikləri üçün Ukraynaya səfərlərini təxirə salıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın "The Kyiv Independent" nəşri məlumat yayıb.

Ukraynalı rəsmi şəxs nəşrə bildirib ki, "hələlik heç bir əsas yoxdur".

Onun sözlərinə görə, Vaşinqton nümayəndələrinin qərarına təsir edən digər amil Ukrayna hava məkanının bağlanması ola bilər ki, bu da nümayəndə heyətini Kiyevə qatarla getməyə məcbur edəcək. 

Seçilən
23
50
ucnoqta.az

10Mənbələr