Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İçərişəhər bu günlərdə növbəti dəfə Beynəlxalq Xalça Festivalına ev sahibliyi edir.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Bakıda İçərişəhər qoruq ərazisində keçirilən Beynəlxalq Milli Xalça Festivalında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, festival 2-3 may tarixlərində “Azərxalça” ASC və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı, həmçinin AZPROMO və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilir.
“Artıq üçüncü dəfə təşkil olunan festivalın əsas məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərini, xalçaçılıq sənətini və bu sahədəki zəngin irsi dünya ictimaiyyətinə tanıtmaqdır.
Tədbir çərçivəsində İçərişəhər ərazisi xalçalarla bəzədilib, müxtəlif sərgilər və təqdimatlar təşkil olunub. Qız qalası meydanında bölgələrdən gələn xalçaçı qadınlar müxtəlif xalçaçılıq texnikalarını əyani şəkildə nümayiş etdirirlər”.
R.Nəsirova həmçinin vurğulayıb ki, Azərbaycanın müxtəlif regionlarına məxsus xalçalar, xalçaçılıq nümunələri və bu sənətin ənənəvi xüsusiyyətləri təqdim olunur.
Qeyd edək ki, festival çərçivəsində keçirilən forumda 19 ölkədən iştirakçı qatılıb.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.