AZ

Britaniyada Fələstinə dəstək yürüşləri qadağan edilə bilər

BAKI, 2 may. TELEQRAF

Ardıcıl antisemit hücumlardan sonra Böyük Britaniyada Fələstini dəstəkləyən yürüşlər müvəqqəti olaraq qadağan edilə bilər.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer BBC-yə verdiyi müsahibədə bildirib.

Starmer bir sıra hallarda etirazların qadağan edilməsi üçün əsasların olduğunu deyib:

"Düşünürəm ki, etirazlara bütövlükdə və onların ümumi təsirinə baxmağın vaxtıdır. Yəhudi icmasında bir çox insan mənə yürüşlərin yönünü dəyişməsi barədə danışdı. Mən bunu qəbul edirəm", - deyə o qeyd edib.

Baş nazir həmçinin etirazlarda təxribatçı şüarlar səsləndirilməsinin cinayət məsuliyyəti daşıdığını deyib.

Qeyd edək ki, aprelin 29-da Londonun şimalındakıyəhudi icmasının yaşadığı Qolders Qrin bölgəsində iki nəfər bıçaqla hücuma məruz qalıb.

Seçilən
28
teleqraf.com

1Mənbələr