Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Sabah” Timoteuş Puxaçın transferi üçün Almaniya 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kiel”ə müraciət etməyib.
Sportal.az xəbər verir ki, bu barədə futbolinfo.az saytına alman klubunun idman direktoru Olaf Rebbe məlumat verib.
O bildirib ki, Azərbaycan klubu istəsə, bu barədə danışıq apara bilərlər: “Hazırda onlar tərəfindən müraciət yoxdur. Ümumiyyətlə, onu transfer etmək istədiklərini də bilmirəm. Əgər istəsələr, razılaşmadan asılıdır. Transfer məbləği ilə bağlı razılığa gəlsək, ola bilər”.
Qeyd edək ki, Puxaç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Polşalı futbolçu Azərbaycan təmsilçisində icarə əsasında oynayır. O, Masazır klubunun heyətində 23 oyun keçirib.
saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.