AZ

"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir

İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır.

Klub rəhbərliyi 25 yaşlı müdafiəçinin keçidini yayda gerçəkləşdirmək niyyətindədir.

Bundan əlavə, İspaniya təmsilçisi "Barselona" da Mikki van de Venlə müqavilə imzalamağı planlaşdırır.

Xatırladaq ki, oyunçunun "Tottenhem"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün yarışlarda 40 matçda yeddi qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
29
far.az

1Mənbələr