Çili Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır, bu, 2026-cı il üçün əsas məqsəddir.
Bunu "Report"un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Çilinin Bakıdakı müvəqqəti işlər vəkili Xuan Karlos Salasar Alvares bildirib.
Onun sözlərinə görə, hazırda əsas vəzifə ölkələr arasında ikitərəfli ticarətin inkişafıdır: "Hazırda biz ikitərəfli ticarəti yaxşılaşdırmağa çalışırıq - bu, cari il üçün əsas məqsədimizdir".