AZ

Kofe sevənlərə ŞAD XƏBƏR - Faydaları BƏLLİ oldu

Yeni elmi araşdırmalar səhər ayılmaq üçün içilən kofenin müsbət funkiyasını ortaya qoydu.

 İrlandiyadakı “University College Cork” daxilində fəaliyyət göstərən “APC Micribiome İreland” tədqiqatçıları, kofe istehlakının bağırsaq-beyin oxu üzərindəki təsirlərinə diqqət çəkib.
 

Nature Communications jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, 62 iştirakçı üzərində nümunələr aparılırb və kofenin həzm sistemindəki bakteriyalara müsbət təsir göstərərək zehni yaxşılaşdırmağa qatqısı olduğu ortaya çıxıb.


Tədqiqat zamanı, gündə 3 ilə 5 fincan arası kofe içənlərdən kofeni iki həftə boyunca içilməməsi istənilib. Bu müddətdə elm adamları, iştirakçıların bağırsaq mikrobioumda əhəmiyyətli dəyişikliklər müşahidə ediblər.

Müəyyən edilib ki, kofe istehlakına başlanıldığında (kafeinli ya da kafeinsiz olduğundan asılı olmayaraq) iştirakçılar stress, depressiya, ani qərarvermə səviyyələrinin daha aşağı olduğunu bildirirlər.
 

Araşdırmda kofe növlərinin beyin üzərindəki fərqli təsirləri də üzə çıxıb. Belə ki, kafeinsiz kofe öyrənmə tezliyini artırır və yaddaşı gücləndirir, diqqət dağınıqlığını isə azaldır.


Elm adamlarına görə bu təsirlər təkcə kafeinlə bağlı deyil. Kofenin polifenollar sayəsində beyindəki iltihablanmanı azaltdığını, dopamin istehsalını artıraraq motivasiyanı və ruh halını yüksəltdiyi öncəki araşdırmalarda da dəstəklənir.

Əlavə olaraq kofe balanslaşdırılmış pəhrizin bir hissəsi kimi də istifadə oluna bilər.

Seçilən
1
2
news365.az

3Mənbələr