AZ

Arbeloadan Mourinyo iddialarına cavab

ain.az bildirir, Qol.az portalına istinadən.

Arbeloadan Mourinyo iddialarına cavab

"Real"ın baş məşqçisi Alvaro Arbeloa istefaya göndəriləcəyi, əvəzinə isə Joze Mourinyonun təyinat olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az sport.es-ə istinadən xəbər verir ki, mütəxəssis deyib:

"Sabahkı oyun üçün narahatam. Gələcək sabahdır, mən həmişə "Real" haqqında düşünürəm. Bütün bu sualları başa düşürəm, amma yenə deyirəm, mənim üçün gələcək sabahdır. Vacib olan da budur. Hər matç mənim həyatımdır".

Daha əvvəl mediada əvvəllər yayılan xəbərlərdə Mourinyonun "Real"a qayıtmaq istədiyi bildirilirdi. Lakin portuqaliyalı mütəxəssis özü açıq şəkildə "Real"in onunla əlaqə saxlamadığını bildirmişdi.

Arbeloa yanvar ayından bəri "kral klubu"na rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
qol.az

2Mənbələr