AZ

“Moskvaya təzyiqin davam etdirilməsi vacibdir” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı hücumu barədə məlumat verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.

"Ümumilikdə, bu həftə Rusiya Ukraynaya təxminən 1600 hücum dronu, 1100 aviabomba və üç raket atıb. Rusiya Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərini kütləvi hücumlarla həddindən artıq gərginlikdə saxlamağa çalışır. Buna görə də raketlərin təchizatı çox vacibdir", - Zelenski yazıb.

O, Moskvaya təzyiqin davam etdirilməsinin vacib olduğunu qeyd edib. Ukrayna Prezidenti Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyən hər kəsə təşəkkürünü bildirib.

Zelenski daha əvvəl Dnepropetrovsk və Odessada hava hücumundan müdafiənin gücləndiriləcəyini açıqlamışdı. Ukrayna lideri bunu mayn 1-də Rusiya Silahlı Qüvvələrinin kütləvi pilotsuz təyyarə hücumuna cavab olaraq elan etmişdi.

Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr