AZ

Tramp: Melaniya mənim bu mahnıya rəqsimə nifrət edir

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp tərəfdarları qarşısında çıxışı zamanı musiqi zövqü ilə bağlı sürpriz bir açıqlama verib. 

Qaynarinfo xəbər verir ki, birinci xanım Melaniyanın onun rəqs etməsindən "nifrət etdiyini bildirib.

"Melaniya mənim rəqs etməyimi sevmir… Xüsusilə də bəzi insanların "homoseksualların himni” adlandırdığı mahnıya...", deyə Tramp qeyd edib. 

O, həmçinin qeyd edib ki, onilliklər əvvəl hit olan bu kompozisiya vaxtilə yalnız beşinci yerə yüksəlib, indi isə guya reytinqlərdə birinci yerlərə çıxıb.

Söhbət "Village People” qrupunun 1978-ci ildə çıxan məşhur Y.M.C.A. mahnısından gedir. Bu kompozisiya uzun müddətdir LGBT mədəniyyəti ilə assosiasiya olunur. Tramp isə 2020-ci il seçki kampaniyasından bəri bu mahnını siyasi tədbirlərində aktiv şəkildə istifadə edir.

Trampın Y.M.C.A. sədaları altında rəqsləri sosial şəbəkələrdə dəfələrlə viral olub və həm tərəfdarların, həm də tənqidçilərin diqqətini çəkib.

Bununla belə, mahnının müəlliflərindən biri Viktor Villis daha əvvəl bildirib ki, əsər birbaşa homoseksuallıqla bağlı deyil və Y.M.C.A. təşkilatının gənclər fəaliyyəti və ümumi mövzusu haqqında yazılıb.

Buna baxmayaraq, qrupun səhnə obrazları və mahnının mədəni konteksti Y.M.C.A.-nı LGBT icmasının qeyri-rəsmi simvollarından birinə çevirib.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
qaynarinfo.az

1Mənbələr