Bakıda göldən 58 yaşlı kişi meyiti tapılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Etibar Məhiyəddin oğlu Kərimovun meyiti qəsəbə ərazisindəki göldə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, Etibar Kərimov hadisədən bir gün əvvəl itkin düşübmüş.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"