AZ

ABŞ Kubaya sansiyalarə genişləndirdi


ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilən sənəddə öz əksini tapıb.
Sənəddə bildirilir ki, sanksiyalar Kubada repressiyalara görə məsul olanlara və ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaradanlara şamil edilir.
Ağ Ev təsdiqləyir ki, fərman olduqca genişdir və təkcə Kubaya deyil, həm də digər ölkələrdə ona dəstək verənlərə də şamil edilə bilər.
ABŞ administrasiyası bildirir ki, fərman Kuba rejiminə qarşı yeni sanksiyaları nəzərdə tutur. Sənədə görə, fərman Kubaya qarşı mövcud sanksiyaları genişləndirir və Beynəlxalq Fövqəladə Hallar İqtisadi Səlahiyyətlər Qanunu çərçivəsində yeni məhdudiyyətləri əhatə edir.
Ağ Ev fərmanın Kuba hökumətinin vəzifəli şəxslərinə və ya onu maddi cəhətdən dəstəkləyənlərə də şamil edildiyini bildirir.
Seçilən
25
1
yeniavaz.com

2Mənbələr