AZ

Avropada qaz ehtiyatları beşillik minimuma düşdü

Avropada yeraltı qaz anbarlarının (YQS) doldurulma səviyyəsi aprelin sonunda 32.73%-ə çatıb ki, bu da son beş ildə minimum göstəricidir.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Avropa qaz infrastrukturu (“Gas Infrastructure Europe” – GIE) operatorları assosiasiyası məlumat yayıb.
Bildirilir ki, aprelin sonunda Avropada yeraltı qaz anbarlarının doldurulma səviyyəsi aprelin sonunda bir il əvvəlki 39.52% ilə müqayisədə 32.73% təşkil edib. 2024-cü ildə bu göstərici 62.44%, 2023-cü ildə 59.73%, 2022-ci ildə isə 33.47% olub. Beləliklə, hazırkı ehtiyat səviyyəsi son beş ildə ən aşağı səviyyəni təşkil edib.
Seçilən
23
3
yenicag.az

4Mənbələr