AZ

“Sabah”ı Çempionlar Liqasında gözləyən rəqiblər — SİYAHI

Mövsümü çempion olaraq tamamlayan "bayquşlar" gələn mövsüm UEFA Çempionlar Liqasında çıxış edəcək. Bakı təmsilçisi turnirə I təsnifat mərhələsindən start verəcək.

Hesabında 6.000 xal olan “Sabah” səpələnməmişlər səbətində yer alacaq. Komanda ilk raundda “Selye”, “Şemrok Rovers”, KuPS kimi rəqiblərlə qarşılaşa bilər. II təsnifat mərhələsində isə mübarizəyə “Dinamo Zaqreb” və “Srvena Zvezda” kimi komandalar qoşulacaq.

AzNews.az "apasport.az"a istinadla tam siyahını təqdim edir:

ÇL, I təsnifat mərhələsi

“Selye” (Sloveniya) - 23.000

“Şemrok Rovers” (İrlandiya) – 19.375

KuPS (Finlandiya) – 14.000

“Linkoln Red İmps” (Cəbəllütariq) – 13.500

Bosniya və Herseqovina çempionu – 13.125-13.250

“Vikinqur” (İslandiya) – 11.750

“Kayrat” (Qazaxıstan) – 11.000

“Riqa” (Latviya) – 10.500

“Klaksvik” (Farer adaları) – 10.500

“Flora Tallin” (Estoniya) – 10.000

“Larne” (Şimali İrlandiya) – 9.000

“Nyu Seynts” (Uels) – 9.000

“SABAH” (AZƏRBAYCAN) – 6.000

“Jalgiris” (Litva) – 6.000

Seçilən
0
9
aznews.az

10Mənbələr