Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Günəşin ultrabənövşəyi süalarının dəridə yarada biləcəyi fəsadlar - dəri yanığı, erkən qocalma, dəri xərçəngi və s. artıq hər kəsə məlumdur.Bəs bu risklərdən qorunmaq üçün istifadə etdiyimiz günəş əleyhinə kremlərdən necə maksimum nəticə əldə edə bilərik ?Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, xüsusilə 10:00–14:00 arası günəş şüaları daha güclü olur.Günəşə çıxmazdan 15 dəqiqə əvvəl qoruyucu krem bütün açıq sahələrə tətbiq edilməlidir.Kremdən istifadə zamanı ən çox unudulan bölgələr - qulaqlar, burun, dodaqlar, boynun arxası, əllər, ayaqlar və saç xəttidir.Yay aylarında hər 2 saatdan bir yenilənməlidir.Su ilə təmasdan sonra və ya tərləmə zamanı təkrar istifadə edilməlidir.6 aydan kiçik uşaqlara günəş kremi tövsiyə edilmir. Onları kölgədə saxlamaq və geyimlə qorumaq lazımdır.
Kremin son istifadə müddətinə diqqət etmək mütləqdir. Vaxtı keçmiş məhsulun istifadə edilməsi günəş yanığı, ləkələr , allergik reaksiyalar, qaşınma və bakteriyaların böyüməsi səbəbindən dəri qıcıqlanması kimi ciddi problemlərə səbəb ola bilər..
Məhsulun üzərində tarix qeyd olunmadığı təqdirdə 3 ildən sonra yararsız hesab olunur.Qeyd edilir ki, bu risklərdən qorunmaq üçün sadəcə günəş kremi yox, kompleks yanaşma lazımdır.Uzunqollu geyimlər, şlyapa və eynəkdən istidadə məsləhət görülür.Aynur Abdullayeva, Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.