AZ

“Sabah” da üç aparıcı futbolçusundan məhrumdu, “Qarabağ” da

Bu gün Misli premyer-liqasında 30-cu tura start veriləcək. Turun dörd gün ərzində keçiriləcək qarşılaşmalarında həm avrokuboklara vəsiqənin, həm də premyer-liqada qalmaq uğrunda mübarizənin axarına şahidlik edəcəyik.

“Football-plus.az”ın məlumatına görə, artıq komandaların cəzalı olduğuna görə bu matçları buraxacaq futbolçularının adına aydınlıq gəlib.

Belə ki, “Sabah”dan Abdulla Xaybullayev, Aleksey İsayev, Akim Zedadka, “Şamaxı”dan Rikardo Apolinario, Oruc Məmmədov, “Sumqayıt”dan Masaki Murata, “Karvan-Yevlax”dan Qavi Tompson, “Qarabağ”dan Kadi Borges, Kamilo Duran, Xoni Montiel,”Neftçi”dən isə Sessi D'Almeyda vərəqə limitini doldurub.

Xatırladaq ki, Montiel üçün mövsüm onsuz da başa çatıb. Dünən “ağ-qaralar”la oyunda Emil Səfərovun kobud müdaxiləsi üzündən ayaq barmağı sınan futbolçu dünən əməliyyat olunub və azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

KƏNAN BAHADIR

Seçilən
36
1
football-plus.az

2Mənbələr