BAKI, 2 may. TELEQRAF
Azərbaycan və Pakistan arasında münasibətlərdə mühüm irəliləyiş əldə olunub — "Airblue" aviaşirkətinin Bakı–Lahor istiqamətində ilk birbaşa uçuşları həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, bu addım nəticəsində iki ölkə arasında birbaşa həftəlik reyslərin ümumi sayı 10-a çatıb.
Məlumata əsasən, uçuşlar Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həftədə 6 reys, Pakistan Beynəlxalq Hava Yolları şirkəti tərəfindən 2 reys və "Airblue" aviaşirkəti tərəfindən 2 reys olmaqla həyata keçirilir.